"Neftçi", "Qəbələ" və "Kəpəz"i azarkeşləri ziyana saldı

"Neftçi", "Qəbələ" və "Kəpəz"i azarkeşləri ziyana saldı
AFFA İntizam Komitəsinin iclası keçirilib. Fanat.Az xəbər verir ki, komitə Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda və Topaz Premyer Liqanın 23-cü turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Aərbaycan Kubokunun 1/2 final mərhələsinin "Qəbələ” – "Neftçi” matçının 68-ci dəqiqəsində "Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub. Oyunun 71-ci dəqiqəsində "Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.
Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Keşlə” – "Sumqayıt” matçının 80-ci dəqiqəsində "Sumqayıt”ın baş məşqçisi Samir Abasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb,  klub 800 manat cərimə olunub.
Topaz Premyer Liqasının 23-cü turunun  "Sumqayıt” – "Keşlə” matçının 81-ci dəqiqəsində "Keşlə”nin futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Topaz Premyer Liqasının 23-cü turunun  "Qəbələ” – "Səbail” matçında "Qəbələ"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Topaz Premyer Liqasının 23-cü turunun  "Kəpəz” – "Qarabağ” matçında "Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 37-ci dəqiqəsində "Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
Topaz Premyer Liqasının 23-cü turunun  "Zirə” – "Neftçi” matçında "Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 51-ci dəqiqəsində "Zirə”nin futbolçusu Yani Urdinov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb , klub 200 manat cərimə olunub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər