Futbol üzrə Azərbaycan I Divizionda XXI tura start verilib.
Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə 4 matç keçirilib.
"Qarabağ"ın əvəzediciləri "Neftçi-2"yə böyük hesabla uduzub. İki futbolçusu qırmızı vərəqə alan Ağdam təmsilçisi matçı 9 nəfərlə başa vurub.
Digər oyunlara gəlincə , "Səbail-2" evdə "İmişli"yə, "Şamaxı-2" isə səfərdə "Qaradağ Lökbatan"a "quru hesab"la qalib gəlib. "Mingəçevir" - "Kəpəz-2" matçında qalib müəyyənləşməyib.
13 mart
“Neftçi-2” – “Qarabağ-2” 3:0 Qollar: Vüsal Əsgərov, 50. İsmayıl Zülfüqarlı, 57-pen. Hüseyn Babayev, 77 Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov Hakim-inspektor: Rəhim Həsənov AFFA nümayəndəsi: Elçin Məmmədov Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança), 15:00
“Səbail-2”– “İmişli” 2:0 Qollar: Emin Rüstəmov, 18. Taleh Qarayev, 90+3. Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Aydın Bəxşiyev, Tural İbrahimov Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Erkin Hüseynov “ASCO Arena”, 15:00 (canlı/”Insports.Tv)
“Qaradağ Lökbatan” – “Şamaxı-2” 0:1 Qol: Asim Əlizadə, 51. Hakimlər: Əkbər Əhmədov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Elvin Bayramov Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Yavər Rəhimov Lökbatan OİK stadionu, 15:00
“Mingəçevir” – “Kəpəz-2” 1:1 Qollar: Roman Hüseynov, 59 - Nemət Musayev, 8. Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rəhman Aslanov, Namiq Bəkirov Hakim-inspektor: Zöhrab Qədiyev AFFA nümayəndəsi: Bəhram Qurbanov Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00 (canlı/Insports.Tv)