"Neftçi" - "Qalatasaray" oyunu Bakıda

"Neftçi" - "Qalatasaray" oyunu Bakıda
"Neftçi" komandasının UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub. 
Fanat.Az xəbər verir ki, paytaxt klubu bu raundda Türkiyənin "Qalatasaray" klubu ilə üz-üzə gələcək.
 
Oyun sentyabrın 17-də Bakıda keçiriləcək. 
Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. "Neftçi" I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi"ni mübarizədən kənarlaşdırıb - 2:1. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər