“Neftçi” Praqa mərhələsinə qələbə ilə start verdi

“Neftçi” Praqa mərhələsinə qələbə ilə start verdi

Çexiyada təşkil olunmuş 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Praqa mərhələsi start götürüb.

Fanat.Az xəbər verir ki, qadın millimiz ilk görüşündə 9:20 hesabı ilə Çiliyə, ikinci oyununda isə 13:21 hesabı ilə İsveçrə millisinə məğlub olaraq mübarizəni təsnifat mərhələsində dayandırıb.

C qrupunda qərarlaşmış "Neftçi" isə ilk görüşündə Latviya millisinə 16:14 hesabı ilə qalib gəlib. Azərbaycan klubu növbəti oyununu Litvaya qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər