"Neftçi" milli üzvünün transferini açıqladı

"Neftçi" milli üzvünün transferini açıqladı

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini rəsmiləşdirib. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Höccət Haqverdi ilə 1,5 illik müqavilə bağlanıb. 

29 yaşlı müdafiəçi komandamızın heyətində 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu “Sumqayıt” (2021-2022) olan Höccət Haqverdi İranın “Abumoslem” (2013-2014), “Zob Ahan” (2014-2017), “Peykan” (2017-2021) klublarında çıxış edib, bu mövsümün ilk hissəsini icarə əsasında Təbriz “Traktor”unda keçirib. Höccət milli komandamızın heyətində 17 oyuna 1 qol vurub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər