"Neftçi" legionerini Kipr klubuna satdı - RƏSMİ

"Neftçi" legionerini Kipr klubuna satdı - RƏSMİ

"Neftçi" futbolçusu Qodsvey Donyonu Kiprin "Apollon" (Limassol) komandasına satıb.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Limassol təmsilçisi ilə danışıqlar uğurla başa çatdırılıb.

Qeyd edək ki, qanalı hücumçu 15-i çempionat, (5 qol) 2-si kubok, 4-ü avrokubok (1 qol) olmaqla 21 rəsmi matçda “Neftçi”nin formasını geyinib, 6 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər