"Neftçi" legioneri ilə vidalaşır 

"Neftçi" legioneri ilə vidalaşır 

Növbəti mövsüm üçün daha rəqabətədavamlı heyət formalaşdırmağı hədəfləyən "Neftçi" legionerlərinin biri ilə vidalaşmaq üzrədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı klubu müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Voyislav Stankoviçlə yeni anlaşma imzalamayacaq.

Qeyd edək ki, Stankoviç 2019-cu ildən "Neftçi"nin uğurları üçün çalışır. O, daha öncə Azərbaycan klublarından "İnter" (indiki "Şamaxı") və "Qəbələ"nin formasını geyinib.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər