"Neftçi" Lavalın durumuna aydınlıq gətirdi

"Neftçi" Lavalın durumuna aydınlıq gətirdi

Premyer Liqanın 11-ci turu çərçivəsində oktyabrın 23-də “Bakcell Arena”da keçirilmiş “Neftçi” – “Sabah” matçında zədələnən Yusuf Lavalın durumuna aydınlıq gəlib.

Fanat.Az "ağ-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Laval klubun sağlamlıq sponsoru "Liv Bona Dea Hospital"da müayinədən keçib.

Bununla bağlı “Neftçi”nin baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib: “Sınığı və daxili orqanlarda zədəsi yoxdur. Sadəcə, möhkəm əzildiyi üçün ağrı hiss edir. Ağrısı azalsa, artıq komandanın növbəti məşqində iştirak edə biləcək”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər