Kamran Quliyev “Neftçi” klubunun prezidenti vəzifəsindən azad edilib.
Fanat.Az xəbər verir ki, məlumatı Bakı klubunun mətbuat xidməti yayıb.
2018-ci ildən kluba rəhbərlik edən Kamran Quliyevin rəhbərliyi dövründə “Neftçi” PFK ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb.