"Neftçi" İsraildə mübarizəyə başlayır

"Neftçi" İsraildə mübarizəyə başlayır

Bu gün İsrailin Netanya şəhərində Azərbaycanın "Neftçi" klubunun iştirakı ilə qadınlar arasında 3x3 Dünya Basketbol Seriyasının 9-cu mərhələsinə start verilir.

Fanat.Az xəbər verir ki, “Neftçi” (Erika Karter, Brianna Freyzer, Aleksandra Mollenhauer, Dina Ulyanova) B qrupunda Niderland, Litva və “Gyor” (Macarıstan) ilə mübarizə aparacaq.

18:25. Niderland - "Neftçi" 20:15. "Neftçi" - "Gyor" 22:05. Litva - "Neftçi"

Digər qrupda Çin, Çexiya, İsrail komandaları və Çinin “Yuanda” klubu çıxış edəcək.

Qruplarında birinci yeri tutan komandalar birbaşa yarımfinala, ikinci və üçüncü yerləri tutanlar isə 1/4 finala yüksələcək.

Səkkiz mərhələdən sonra “Neftçi” Dünya Seriyasında 6-cı (183 xal), Azərbaycan komandası isə 17-ci (108) pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər