“Neftçi” hollandiyalı hücumçunu yola saldı -ÖZƏL

“Neftçi” hollandiyalı hücumçunu yola saldı -ÖZƏL

“Neftçi” klubu baxışda olan Qeyon Fernandesi bəyənməyib. Bu barədə Fanat.Az saytına klubun Müşahidə Şurasının mətbuat katibi Rüstəm Fətəliyev məlumat verib.

Paytaxt klubunda baxışda olan 30 yaşlı hollandiyalı hücumçunun səviyyəsi məşqçilər korpusunu qane etmədiyi üçün geri göndərilib.

Qeyd edək ki, Fernandes karyerası ərzində Hollandiyanın “Den Haaq”, “Ekselsior”, “Feyenoord”, “Breda”, “Zvolle” , Avstraliyanın “Petr Qlori” və Ukraynanın “Stal” klubunun formasını geyinib. 

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər