“Neftçi" Friburqda 1/4 finala yüksəldi

“Neftçi" Friburqda 1/4 finala yüksəldi

"Neftçi" 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Friburq məhələsində 1/4 finala yüksəlib.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi buna A qrupunun son oyununda Malayziya yığmasını 21:7 hesabı ilə məğlub etməklə nail olub.

"Neftçi" növbəti mərhələdə C qrupunun ikincisi ilə qarşılaşacaq. Bu isə İtaliya və ya Portuqaliya kollektivi olacaq.

Xatırladaq ki, "Neftçi" qrupdakı ilk oyununda Kanada millisinə 15:13 hesabı ilə qalib gəlmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər