“Neftçi” Fransada ikinci yeri tutdu

“Neftçi” Fransada ikinci yeri tutdu

"Neftçi" Fransada təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Pon du Qar mərhələsində ikinci yeri tutub.

Fanat.Az xəbər verir ki, "ağ-qaralar" finalda Niderland millisinə 16:21 hesabı ilə uduzub.

Paytaxt təmsilçisi qrup mərhələsində Misir (21:12) və Niderland (19:12), 1/4 finalda Monqolustan (22:16), yarımfinalda isə Fransa (19:14) yığmalarını üstələyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər