"Neftçi" də Dünya Qadın Seriyası ilə erkən vidalaşdı

"Neftçi" də Dünya Qadın Seriyası ilə erkən vidalaşdı

"Neftçi" Polşada təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Katovitse mərhələsində mübarizəni dayandırıb.

Fanat.Az xəbər verir ki, B qrupundakı sonuncu matçında Litva millisinə 20:22 hesabı ilə məğlub olan Bakı klubu turnirlə vidalaşıb.

Xatırladaq ki, "Neftçi" qrupdakı ilk görüşündə İtaliya millisi ilə bacarmamışdı - 10:13.

“Neftçi”dən öncə Azərbaycanın 3x3 basketbolu üzrə milli komandası da mübarizəni erkən dayandırmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər