“Neftçi” "daxıla qəpik atdı"

“Neftçi” "daxıla qəpik atdı"

“Neftçi” UEFA reytinqində Azərbaycana növbəti əmsalları qazandırıb.

Fanat.Az xəbər verir ki, "ağ-qaralar" buna Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”la səfərdə 2:2 hesablı heç-heçə edərək nail olub.

Sarayevoda baş tutan görüşdəki bərabərlik sayəsində ölkə reytinqinə 0,125 əmsal əlavə olunub. Bununla ölkənin cari mövsümdəki əmsallarının sayı 0,875-ə çatıb.

“Qəbələ” isə bu turnir çərçivəsində öz meydanında Kipr klubu “Omoniya”ya uduzduğundan (2:3), ölkəyə faydalı ola bilməyib.

Son 5 mövsümdəki ümumi əmsalların sayı 15,125-ə çatan Azərbaycan əmsallar cədvəlində 29-cu yerdədir. Ölkəmiz Sloveniyanı (16,125) təqib edir. 

Sıralamaya İngiltərə (88,928) başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər