“Neftçi” daha bir futbol məktəbi açdı

“Neftçi” daha bir futbol məktəbi açdı

2022-ci ilin yanvar ayında fəaliyyətə başlayan “Neftçi” Futbol Məktəbinin daha bir filialı açılır. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, məktəb Bakıxanov və Yasamaldan sonra Qara Qarayevdə də fəaliyyət göstərəcək.

Məşqlər Nizami rayonundakı “Amasiya” İdman Sağlamlıq Kompleksinin meydançasında keçiriləcək. 6-14 yaşlı uşaqlar üçün nəzərdə tutulan məşqlər ödəniş əsasında olacaq. İlk məşq ödənişsizdir.  “Neftçi” daha bir futbol məktəbi açdı

Qeyd edək ki, hazırda 100-a yaxın futbolçusu olan "Neftçi" Futbol Məktəbi "Neftçi" Peşəkar Futbol Klubunun nəzdində fəaliyyət göstərir. Məşq prosesində “Neftçi” Futbol Akademiyasının UEFA lisenziyasına malik məşqçiləri ilə yanaşı, inzibati və tibbi heyəti iştirak edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər