“Neftçi” bu gün “Spartak”la qarşılaşacaq

“Neftçi” bu gün “Spartak”la qarşılaşacaq

“Neftçi” Rusiya toplanışını bu gün baş tutacaq yoxlama oyunu ilə başa vuracaq.

Fanat.Az xəbər verir ki, paytaxt klubu bu gün Moskvada "Spartak"la gücünü sınayacaq.

“Otkrıtiye Bank Arena”da təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Komanda sabah - iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər