"Neftçi" braziliyalı forvardla bağlı fikrini dəyişə bilər - SƏBƏB

"Neftçi" braziliyalı forvardla bağlı fikrini dəyişə bilər - SƏBƏB

"Neftçi"nin heyətinə qatmaq istədiyi braziliyalı hücumçu ilə bağlı planları dəyişə bilər.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Qəbələ"nin forvardı Rafael Utziqlə şifahi razılığa gəldiyi deyilən "ağ-qaralar" hələ onunla bağlı fikrini qətiləşdirməyib.

Düzdür, "Qəbələ" ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Utziq indiki iş yerində qalmaqda maraqlı deyil. Lakin onun "Neftçi"yə keçib-keçməyəcəyi də indilik qeyri-müəyyəndir. Azərbaycan Kubokunun finalına vəsiqə qazanan bakılılar həlledici matça çıxmamışdan öncə heyət yenilənməyəcək. Finalın nəticəsi isə çox şeyi dəyişə bilər.

Qeyd edək ki, Azərbaycan Kubokunun finalı iyunun 3-də keçiriləcək. "Neftçi" titul uğrunda matçda "Qəbələ" ilə qarşılaşacaq.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər