Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” və “Baltsan” arasında keçiriləcək cavab oyununun hakimləri müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA matçı ukraynalı hakimlərə tapşırıb.
Oyunun baş hakimi Yaroslav Kozik olacaq. Ona Yevgeni Xalamendiklə Viktor Matyaş yardım edəcək. 4-cü hakim funksiyasını isə Nikolay Balakin yerinə yetirəcək.
Qeyd edək ki, “Neftçi” - “Baltsan” oyunu iyulun 7-də "Bakcell Arena"da keçiriləcək.
Fanat.az