"Neftçi" PARI Premyer Kuboku yoldaşlıq turniri üçün Rusiyaya yollanıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
"Ağ-qaralar"ın artıq Sankt-Peterburqa çatdığı bildirilib. Bakı təmsilçisinin yeni transferi Emil Balayevin də Rusiyaya gedən heyətdə yer aldığı diqqətə çatdırılıb.
Qeyd edək ki, "Neftçi" sözügedən turnir çərçivəsində 3 matça çıxacaq. Bakılılar iyulun 1-də yerli “Zenit”, 8-də Serbiyanın “Srvena Zvezda”, 15-də isə Türkiyənin “Fənərbağça” klubu ilə qarşılaşacaq.