“Neftçi” “Araz Naxçıvan”ı məğlub yola saldı

“Neftçi” “Araz Naxçıvan”ı məğlub yola saldı

I Divizionda XXIX tura start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə 5 görüş baş tutub.

“Səbail-2” ilə MOİK arasındakı oyunda qapılara qol vurulmayıb. “Zaqatala” ilə “Qəbələ2-” arasındakı oyunda da qalib müəyyənləşməyib. “Qaradağ Lökbatan” “Mingəçevir”i minimal hesabla yenib. “Qarabağ”la “Turan Tovuz”un əvəzediciləri arasındakı oyunda qonaqlar inamlı qələbəyə sevinib. Çempionluğu təmin etmiş “Araz Naxçıvan” isə bu turda “Neftçi-2” ilə görüşdən məğlub ayrılıb.

I Divizion XXIX tur 16 may

Qarabağ-2 – Turan Tovuz-2 1:3 Qol: Seyxan Fərəcov, 63 – Rəşad Əliyev, 28. Ramin Süleymanov, 42. Famil Camalov, 90+2. Binə qəsəbə stadionu

Zaqatala – Qəbələ-2 2:2 Qol: Bəhruz Teymurov, 34-pen. Cavid Həşimov, 86 – Mehrac Baxışlı, 11. Rauf Məhərrəmov, 18. Zaqatala OİK stadionu

Neftçi-2 – Araz Naxçıvan 2:1 Qol: Elşad Tağıyev, 43-pen. Fariz Xeyrullayev, 63 – Fərid Kərimzadə, 49. Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança)

Səbail-2 – MOİK 0:0 “ASCO Arena”.

Qaradağ Lökbatan – Mingəçevir 1:0 Qol: Ürfan İsmayılov, 56. Lökbatan OİK stadionu

18 may

16:30. Sumqayıt-2 – Şamaxı-2 “Sumqayıt Arena” (ehtiyat meydança)

17:00. İmişli – Zirə-2 Heydər Əliyev adına İmişli şəhər stadionu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər