"Neftçi" Antalyada yenə qələbə qazana bilmədi

"Neftçi" Antalyada yenə qələbə qazana bilmədi

"Neftçi" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Polşanın “Medz Leqnitsa” komandası ilə üz-üzə gəlib. 

Hesabı 15-ci dəqiqədə "ağ-qaralar" açsa da, oyun polşalıların 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb. "Neftçi"nin heyətində Ağadadaş Salyanski fərqlənib.

Qeyd edək ki, "Neftçi" Antalyadakı ilk yoxlama matçında Macarıstan “Vaşaş”ı ilə heç-heçə edib (1:1). Komanda yanvarın 19-da  Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər