"Neftçi" 3-nü icarəyə verdi, 2-ni göndərdi, 1-ni qaytardı, 1-ni satdı

"Neftçi" 3-nü icarəyə verdi, 2-ni göndərdi, 1-ni qaytardı, 1-ni satdı

“Neftçi” gənc futbolçuları ilə bağlı qərarını verib. 

Fanat.Az xəbər verir ki, Bakı klubu 3 oyunçusunu icarəyə verib.   Bunlar Vüsal Əsgərov, Seymur Əliyev və Xəyal Nəcəfovdu. Vusalla Seymur “İrəvan”a, Xəyal isə “Turan Tovuz”a 1 ilik icarəyə verilib.   Bundan başqa, icarə əsasında oynadığı “Turan Tovuz”dan qayıdan Turan Vəlizadə “Neftçi-2”-yə cəlb olunub.   Müqaviləsi başa çatan Asim Əlizadə və sözləşməsinə qarşılıqlı razılıqla xitam verilən Elşad Tağıyevlə isə yollar ayrılıb.   Ötən mövsüm əsas komandaya cəlb edilən Ömər Qurbanov isə “Zirə”yə keçib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər