“Neftçi”nin 2 futbolçusu - Mirabdulla Abbasov və Orxan Qurbanlı Latviyanın “Dauqavpils” klubuna icarəyə verilib. Fanat.az xəbər verir ki, müqaviləyə görə hər iki futbolçu 2016-cı il iyun ayının 15-dək Dauqavpils şəhəri təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, heyətində 4 ukraynalı futbolçu olan “Dauqavpils” klubunun əsası yerli oyunçulardan qurulub. Onlardan biri - Daniles Yakovlevs qış transfer dövründə İtaliyanın “Peruca” klubu tərəfindən transfer edilib.
Fanat.az