“Neftçi” 1/4 finala yüksəldi, millimiz qrupda qaldı

“Neftçi” 1/4 finala yüksəldi, millimiz qrupda qaldı

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Astara mərhələsində qrup oyunlarına yekun vurulub.

Fanat.Az xəbər verir ki, C qrupunun sonuncu oyununda "Yuanda" klubuna 9:21 hesabı ilə məğlub olan qadın millimiz qrupdaca mübarizəni dayandırıb.

D qrupunun sonuncu oyununda Macarıstan seçməsinə 17:15 hesabı ilə qalib gələn "Neftçi" komandası isə 1/4 finala vəsiqə qazanıb.

1/4 finalda "Neftçi"nin rəqibi Çin millisi olacaq. Mayın 21-də baş tutacaq oyun saat 14:30-da start götürəcək.

1/4 finalın digər oyunlarında bu komandalar üz-üzə gələcəklər: Ukrayna - Polşa, Avstriya - Macarıstan, “Yuanda” – Misir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər