DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də keçiriləcək Serbiya - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib. Fanat.Az xəbər verir ki, sabah – oktyabrın 11-də yerli vaxtla saat 11:30-da Serbiya yığmasının matçdan öncəki son məşqinə start veriləcək. İlk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşq Serbiya yığmasının məşq mərkəzində baş tutacaq. Serbiya milli komandasının baş məşqçisi Draqan Stoykoviçin mətbuat konfransı isə saat 14:15-də başlayacaq. Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi isə saat 18:30-da jurnalistlər önünə çıxacaq. Bundan yarım saat sonra Azərbaycan yığması ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqə çıxacaq. Azərbaycan milli komandasının məşqi və mətbuat konfransı oyunun keçiriləcəyi Rayko Mitiç stadionunda olacaq.
Öncə Serbiya, sonra Azərbaycan
TREND
Tv Afişa
11:09
29.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Milli
23:58
23.11.2026
"Ərzurumspor"da Nəriman qərarı - Yanvarda yollar ayrılır?
Azərbaycan futbolu
10:08
28.11.2026
Elvin Cəfərquliyev başladı... - "Qarabağ" sabahkı oyuna neçə itki ilə çıxacaq?
Azərbaycan futbolu
23:56
28.11.2026
Rəhman Daşdəmirov Polşaya gedir? - Dəqiqləşdi
Oxşar xəbərlər
Milli
22:04
29.11.2026
"Fənərbağça"ya qarşı oynayan Nəriman...
Milli
00:36
29.11.2026
Mahir Emreli "Rakuv"dakı çətin mövsümdən yazdı
Milli
19:34
28.11.2026
Toral 90 dəqiqə oynadı, komandası...
Azərbaycan futbolu
16:07
28.11.2026
"Lorini tezliklə A Seriyasında, Bundesliqada, Premyer Liqada və ya La Liqada görəcəyik" - Nicat Ağayev