Mutu "Neftçi" ilə Rusiyada müqavilə bağlayacaq - Maaşı bilindi

Mutu "Neftçi" ilə Rusiyada müqavilə bağlayacaq - Maaşı bilindi

"Neftçi" rumın mütəxəssis Adrian Mutu ilə razılığa gəlib.

Fanat.Az xəbər verir ki, məlumatı Rumıniyanın GSP portalı yayıb.

Xəbərə görə, "Çelsi" və "Yuventus"un sabiq hücumçusu hazırda "Neftçi"nin təlim-məşq toplanışı keçdiyi Rusiyaya gələrək rəsmi müqaviləyə qol çəkəcək. Mənbə Buxarest "Rapid"inin Mutunu təzminatsız buraxmağa razı olduğunu da vurğulayıb. "Rapid"dən hər mövsüm üçün 150 min avro qazanan tanınmış veteranın Bakı təmsilçisində illik 650 min avro (təqribən 1, 2 milyon manat) maaş alacağı bildirilib.

Qeyd edək ki, son mövsümü titulsuz başa vuran "Neftçi" daha öncə Mutunun həmyerlisi Laurentsiu Regekampfla yolları müqaviləsinin müddəti başa çatmadan ayırıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər