Moskva "Spartak"ının sabiq üzvü "Qəbələ"də - FOTO

Moskva "Spartak"ının sabiq üzvü "Qəbələ"də - FOTO
2016/17-ci illər mövsümünün hazırlıqlarına start verən “Qəbələ” heyətinə yeni futbolçu qatıb. 
Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ardıcıl 3-cü dəfə Avropa Liqasında çıxış edəcək “qırmızı-qaralar” heyətini xorvatiyalı Filip Ozobiçlə gücləndirib. 25 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.
2006-2011-ci illərdə Xorvatiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış edən Ozobiç “Mladost” (Zdralovı) klubunun yetirməsidi. Xorvatiyada “Dinamo” (Zaqreb), “Zadar”, Rusiyada isə “Spartak”ın (Moskva) yeniyetmə və gənclərdən ibarət komandalarının şərəfini qoruyan yarımmüdafiəçi peşəkar karyerasına da vətənindən kənarda başlayıb. 2008-2013-cü illərdə “Spartak”ın futbolçusu olan xorvatiyalı icarə əsasında Split “Hayduk”unda (2012-2013) da çıxış edib. 2013-cü ildə “Slaven”ə keçən Filip son üç mövsümü də Xorvatiya klubunun şərəfini qoruyub. Bu komandanın heyətində 89 oyuna çıxan yarımmüdafiəçi 15 qol vurub.
"Transfermarkt"ın hesablamalarına görə hazırda onun dəyəri 800 avrodu.
Moskva "Spartak"ının sabiq üzvü "Qəbələ"də - FOTO
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər