Fransa Liqa 1-də II turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, bu yay transeferə milyonlar xərcləyən “Monako” “Monpelye”ni qəbul edib.
Oyun meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Monako”nun heyətində Emmanuel Riviere het-trik edib, Radamel Falkao (penalti) bir qol vurub. “Monpelye”nin təsələlli qoluna isə Viktor Montano imza atıb.
Son çempion PSJ II turda da heç-heçə edib. Paris klubunu bu dəfə “Ayaçço” büdrədib – 1:1. Hesabı 10-cu dəqiqədə Benoit Pedretti açıb. 86-cı dəqiqədə isə Edison Kavani PSJ-ni məğlubiyyətdən xilas edən qola imza atıb.