MM-lər "Qarabağ"ı sevindirdi - "Neftçi"nin çöküşü davam edir

MM-lər "Qarabağ"ı sevindirdi - "Neftçi"nin çöküşü davam edir
Topaz Premyer Liqasında XXVI turun oyunları davam etdirilir. Fanat.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Şəhərin eyniadlı təmsilçisi son çempion və turnir cədvəlinin hazırkı lideri "Qarabağ"ı qəbul edib. Bu komandalar arasında cari mövsümdə bundan əvvəl baş tutan oyunlarda qalib müəyyənləşməmişdi. Belə ki, ilk qarşılaşma 2:2, ikinci matç 1:1 hesabı ilə yekunlaşmışdı. "Qarabağ" bu dəfə tilsimi qırıb. Hesabı 9-cu dəqiqədə Migel Madera açıb. 8 dəqiqə sonra Sergey Zenyov bərabərliyi təmin edib. 72-ci dəqiqədə isə Mahir Mədətov "Qarabağ"ın qələbə qolunu vurub.
Günün son oyununda isə "Neftçi" "Kəpəz"i qəbul edib. Azərbaycan derbisi hər iki tərəf üçün böyük əhəmiyyət daşıyırdı. Uğursuz çıxış edən və 7-ci pillədə qərarlaşan "Neftçi" əzəli rəqibi ilə oyunda qələbə qazanmaqla bəraət qazanmağa, avrokuboklara düşməyə çalışan "Kəpəz" 3-cü pilləni ələ keçirməyə çalışırdı. Üstəlik komandaların cari mövsümkü oyunlarında qalib müəyyənləşməmişdi (0:00, 1:1). Oyun dramatikliyi ilə seçilib. Hesabı 31-ci dəqiqədə Bəxtiyar Soltanov açıb. 2 dəqiqə sonra penaltidən fərqlənən Tural Axundov fərqi iki topa çatdırıb. İkinci yarıda özünə gələn "Neftçi" 60-cı dəqiqədə Araz Abdullayevin qoluna sevinib. 81-ci dəqiqədə Ruslan Qurbanov penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Amma "Kəpəz" qələbə qolunu vura bilib. 9+1-ci dəqiqədə fərqlənən Şəhriyar Rəhimov komandasını turnir cədvəlinin 3-cü pilləsinə yüksəldib.
Qeyd edək ki, turun bir oyunu dünən keçirilib və "Sumqayıt" səfərdə autsayder "Rəvan"ı yenib - 2:1. Tura sabah keçiriləcək "Xəzər Lənkəran" - "İnter" və "Zirə" - AZAL matçları ilə yekunlaşacaq.
Premyer Liqa
2015/16 mövsümü
III dövrə, XXVI tur
19 mart
Qəbələ - Qarabağ 1:2
Qollar: Sergey Zenyov, 17 - Migel Madera, 9. Mahir Mədətov, 72.
Qəbələ: 22. Dmitri Bezotosni, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (32. Rəşad Eyyubov, 77), 7. Ermin Zets (69. Aleksey Antonov, 90), 8. Məhəmməd Mirzəbəyov, 9. Sergey Zenyov, 10. Dodo (k) (20. Rikardinyo, 90), 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 44. Rafael Santos, 87. Ruslan Abışov.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 3. Voyislav Stankoviç, 5. Pavel Paşayev, 25. Qismət Alıyev.
Baş məşqçi: Roman Qriqorçuk.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Migel Madera (91. Coşqun Diniyev, 81), 10. Dani Kintana (22. Əfran İsmayılov, 78), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov (90. Samuel Armenteros, 90), 99. Muarem Muarem.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 9. Reynaldo Silva, 18. İlqar Qurbanov, 77. Cavid Tağıyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Ermin Zets, 21 (hakimi aldatmağa cəhd) - Elvin Yunuszadə, 35 (qeyri-idman hərəkəti)- Mahir Mədətov, 87 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Qəbələ şəhər stadionu. 4000 tamaşaçı.
Neftçi - Kəpəz 2:3
Qollar: Araz Abdullayev, 60. Ruslan Qurbanov, 81-pen - Bəxtiyar Soltanov, 31. Tural Axundov, 33-pen. Şəhriyar Rəhimov, 89.
Neftçi: 1. Aqil Məmmədov, 5. Melli, 6. Aylton Silva, 7. Araz Abdullayev (k) 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 9. Nikolas Kanales, 15. Erik Ramos (10. Cavid İmamverdiyev, 46), 19. Fəhmin Muradbəyli (26. Kamal Qurbanov, 46), 20. Anete, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 17. Rəhman Hacıyev, 14. Məhəmməd Qurbanov, 18. Elşən Rzazadə.
Baş məşqçi: Vəli Qasımov.
Kəpəz: 88. Tadas Simaitis, 3. Tərlan Quliyev, 5. Kərim Diniyev, 7. Juninyo (15. Azad Kərimov, 90+2), 8. Budaq Nəsirov (19. Orxan Əliyev, 89), 9. Namiq Ələsgərov, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 27. Bəxtiyar Soltanov (80. Tural Rzayev, 82), 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 4. Elvin Cəbrayıllı, 6. Ceyhun Cavadov, 23. Tural Nərimanov.
Baş məşqçi: Şahin Diniyev.
Sarı vərəqələr: Araz Abdullayev, 43 (qeyri-idman hərəkəti). Fəhmin Muradbəyli, 43 (qeyri-idman hərəkəti). Elşən Abdullayev, 89 (qeyri-idman hərəkəti) - Budaq Nəsirov, 43 (qeyri-idman hərəkəti). Julien Ebah, 65 (qeyri-idman hərəkəti). Şəhriyar Əliyev, 80 (qeyri-idman hərəkəti). Tərlan Quliyev, 83 (qeyri-idman hərəkəti). Tadas Simaitis, 90+1 (oyunun bərpasını ləngitdiyinə görə).
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Coşqun Həsənov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
"Bakcell Arena". 1700 tamaşaçı.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

26

17

6

3

42-16

57

2

Zirə

25

13

8

4

29-18

47

3

Kəpəz

26

11

9

6

33-23

42

4

Qəbələ

26

11

8

7

31-21

41

5

İnter

25

11

8

6

25-17

41

6

AZAL

25

9

6

10

15-22

33

7

Neftçi

26

8

8

10

26-30

32

8

Sumqayıt

26

5

10

11

27-36

25

9

Xəzər Lənkəran

25

3

5

17

10-33

14

10

Rəvan

26

2

8

16

17-39

8

Bombardirlər

Nelson Bonilla (Zirə) - 10. Riçard Almeyda (Qarabağ), Dani Kintana (Qarabağ), Ruslan Qurbanov (Neftçi) - 8. Aleksey Antonov (Qəbələ), Amil Yunanov (Sumqayıt) - 7. Samuel Armenteros (Qarabağ) - 6.

Qeyd:

FIFA İntizam Komitəsinin müraciəti əsasında "Rəvan"ın aktivindən 6 xal silinib.

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər