Millimizin üzvünə "Mançester Siti" və "Latsio"dan təklif

Millimizin üzvünə "Mançester Siti" və "Latsio"dan təklif

AFFA-nın U-21 yığmamıza dəvət etdiyi Ozancan Kökcü "Mançester Siti"də çıxış edə bilər. Fanat.Az xəbər verir ki, 18 yaşlı futbolçu ingilislərin maraq dairəsinə düşüb.

Məlumata görə, “Feyenoord”un U-19 və U-21 komandalarında çıxış edən Ozancanın müqaviləsi bu mövsümün sonunda başa çatacaq. Hollandiya klubu onunla müqaviləni yeniləmək istəsə də, gənc oyunçu hələ gələcəyi ilə bağlı qərar verməyib.

"Mançester Siti" təmsilçiləri isə dünən futbolçunun menecerinə rəsmi təkliflə müraciət edib. Bundan başqa "Latsio"nun da ona təklif göndərəcəyi deyilir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər