Millimiz ilk oyunda məğlub oldu

Millimiz ilk oyunda məğlub oldu

17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirib. 

Fanat.az xəbər verir ki, Çexiya yığması ilə qarşılaşan komandamız 1:4 hesabı ilə məğlub olub. Komandamızın qolunu 32-ci dəqiqədə kapitan Merve Özdemir vurub.

Yığmamız seçmə mərhələdə növbəti oyununu oktyabrın 1-də, Bakı vaxtı ilə saat 23.00-da Belçika komandasına qarşı keçirəcək. Yığmamızın mübarizə apardığı 6-cı qrupun oyunları Belçikada təşkil olunub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər