Millimiz elit-raunda darmadağınla yüksəldi

Millimiz elit-raunda darmadağınla yüksəldi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə qrup mərhələsində bu gün son oyununu keçirib. 
Fanat.Az xəbər verir ki, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Tiflis şəhərindəki Mixail Mesxi adına stadionun ikinci meydanında keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayıb. Təmsilçimiz "cırtdanlar"ı 3 cavabsız qolla yenib və elit-raunda vəsiqə qazanıb. Belə ki, paralel keçirilən görüşdə Gürcüstanın İsraillə bərabərə qalması seçməmizin işinə yarayıb.
Avropa çempionatı
Seçmə mərhələ
I qrup, III tur
20 noyabr
Azərbaycan - Lixtenşteyn 3:0
Qollar: Murad Mahmudov, 14. Kamran Quliyev, 64; 69.
Azərbaycan: 1. Nicat Mehbalıyev (k), 2. Rüstəm Nuriyev, 3. Elnur İbrahimov, 5. Rauf Hüseynli, 7. Turan Vəlizadə, 9. Murad Mahmudov,10. Kamran Quliyev, 14. Zahid Mərdanov, 15. Vüsal Məsimov, 18. Emil Qasımov, 19. Tural Bayramov.

Ehtiyat oyunçular: 12. Nail Alışov, 22. Əkbər Vəliyev, 4. İbrahim Hüseynov, 6. İdris İnqilablı, 11. Elvin Cəfərquliyev, 16. Elvin Talıbov, 17. Samir Qurbanov, 21. Zamiq Əliyev. Baş məşqçi: Vüqar Məmməd.

Lixtenşteyn: 1. Rafael Lusli, 2. Lukas Qraber, 3. Noah Qraber, 4. Fabian Unterrainer, 5. Simon Luxinqer, 6. Lukas Buxel, 7. Aaron Salanoviç, 9. Tim Şreyber, 10. Noah Frommelt (k), 16. Andrin Netzer, 20. Rikardo Brancaleone. Ehtiyat oyunçular: 12. Luka Vanoni, 8. Marius Hilti, 11. Josua Eqqenberqer, 13. Elias Jaqer, 14. Noah Miler, 17. Varren Kaiser, 18. David Tşupp, 19. Niklas Bek. Baş məşqçi: Martin Stoklasa.

Hakimlər: Erik Lambrexts, Karel De Rokker (Belçika), Giorgi Elikaşvili, Aleko Aptsiauri (Gürcüstan).
Tiflis. Mixail Mesxi adına stadion.
 
İsrail - Gürcüstan 1:1
Qollar: Eden Karzev, 42-pen. - Zuriko Davitaşvili, 17
 

1

İsrail

3

2

1

0

7:3

9

2

Azərbaycan

3 2

0

1

6:5

6

3

Gürcüstan

3

1

1

1

9:3

4

4

Lixtenşteyn

3

0

0

3

1:12

0

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər