3×3 basketbolu üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsində Azərbaycan millisinin və “Neftçi”nin qrupları, oyun təqvimləri müəyyənləşib. Fanat.Az xəbər verir ki, yarış avqustun 22-23-də 16 komandanın iştirakı ilə təşkil olunacaq. D qrupunda qərarlaşmış yığma Litva və Almaniya ilə mübarizə aparacaq. İlk oyun avqustun 22-də, saat 18:15 -də Litva seçməsinə qarşı baş tutacaq. “Neftçi” isə C qrupunda “Yuanda” (Çin) və təsnifat mərhələsi qrupundan lider kimi əsas qruplara yüksəlməyə çalışacaq üç millidən (İtaliya, Malayziya və Tayland) biri ilə gücünü sınayacaq. Bakı klubu ilk oyununu saat 17:50 -də məhz bu yığmalardan birinə qarşı keçirəcək. Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Bakı mərhələsinin oyunları dənizkənarı bulvarda yerləşən saat qülləsinin yanında keçiriləcək.
Milli ilə “Neftçi”nin oyun təqvimi məlum oldu
TREND
Tv Afişa
09:00
22.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
09:48
16.11.2026
Millətlər Liqası: Almaniya Niderlanda qarşı, Cəbəllütariqdə millimiz üçün önəmli oyun
Milli
00:37
20.11.2026
"Bursaspor" Toralı niyə göndərmək istəmir? - Səbəb bəlli oldu
Azərbaycan futbolu
23:26
20.11.2026
Valdas Dambrauskas darmadağını belə şərh etdi
Oxşar xəbərlər
Basketbol
19:10
22.11.2026
ABL: "Neftçi" "Naxçıvan"ı məğlub etdi
Basketbol
14:49
22.11.2026
Azərbaycan basketbolçusu Polina Şukina Sinqapurda müsabiqənin qalibi oldu
Basketbol
22:06
21.11.2026
Azərbaycan ilk dəfə oğlanlar arasında basketbol üzrə U-20 Avropa çempionatına ev sahibliyi edəcək
Basketbol
18:12
21.11.2026
ABL: "Sabah" "Gəncə"ni məğlub etdi