Metrodan "Qəbələ"yə müsbət cavab

Metrodan "Qəbələ"yə müsbət cavab

Bu gün "Qəbələ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Bakcell Arena"da (8-ci km stadionu) Fransanın "Sent-Etyen" komandasını qəbul edəcək.

Fanat.az xəbər verir ki, matç saat 22.00-da start götürəcək.

"Qəbələ" İdman Klubu qarşılaşmanın gec başa çatacağını nəzərə alaraq, Bakı Metropoliteninə bu gün iş rejiminin saat 01.00-dək uzadılması xahişi ilə müraciət edib.

 

Müraciət Bakı Metropoliteni tərəfindən müsbət cavablandırılıb. "Qəbələ" klubu bu addıma görə Bakı Metropoliteninə təşəkkür edir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər