Messi və Neymar "Mançester Siti" ilə danışıqlar aparıb

Messi və Neymar "Mançester Siti" ilə danışıqlar aparıb

Lionel Messi və Neymar "Mançester Siti" rəsmiləri ilə 3 dəfə danışıqlar masasına əyləşib. Fanat.Az xəbər verir ki, bu barədə BöyükBritaniyanın nüfuzlu "The Sun" qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, danışıqların əsas səbəbkarı Pep Qvardiola olub. Kataloniyalı mütəxəssis hər iki futbolçunu "Mançester Siti"də görmək istədiyini bildirib. Lakin həm argentinalı, həm də braziliyalı ulduz "Barselona"dan ayrılmaq istəmədiklərini bildirərək təklifdən imtina ediblər.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər