Messi DÇ-də ilkə imza atdı - Maradonanın daha bir rekordu qırıldı

Messi DÇ-də ilkə imza atdı - Maradonanın daha bir rekordu qırıldı

DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Polşa yığmasını 2:0 hesabı ilə yenən Argentina yığmasının lideri Lionel Messi daha bir rekord müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, Messi dünya çempionatında bir oyunda rəqiblərini keçərək 5 və daha artıq qol vəziyyəti yarada bilən ən yaşlı oyunçu olub.

35 yaşlı hücumçu həmyerlisi Dieqo Maradonanın DÇ-1994-dəki (həmin mundialda əfsanəvi Dieqo 34 yaşında oynayıb) rekordunu yeniləyib.  

Qeyd edək ki, Leo Polşa millisi ilə görüşdə DÇ-də 22-ci matçına çıxaraq Maradonanı (21 matç) daha bir göstəricidə üstələyib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər