Türkiyənin "Kayserispor" klubuna başçılıq edən Ertuğrul Sağlam 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Gününü təbrik edib.
Fanat.Az xəbər verir ki, mütəxəssis sosial şəbəkədə Bakıda Qız Qalasının qarşısında çəkdirdiyi şəklini və himnimizin sözlərini paylaşıb.
Qeyd edək ki, Ertuğrul Sağlam idiyədək Türkiyənin "Kayserispor", "Beşiktaş", "Bursaspor", "Eskişəhərspor", "Yeni Malatyaspor" və Təbrizin "Traktorsazi" klublarınıçalışdırıb. O, 2010-cu ildə "Bursaspor"u Supr Liqanın qalibi edərək tarix yazıb. Belə ki, tarixdə ilk dəfə 4 böyükdən başqa bir klub Türkiyə çempionu olub.
Onu da qeyd edək ki, Türkiyə klublarından "Qalatasaray”, "Fənərabxça”, "Beşiktaş” və "Trabzonspor” da sosial şəbəkələrdəki rəsmi hesabları vasitəsilə Mütəqillik Günümüzü təbrik etmişdilər.
Fanat.Az