Məşhur klubundan Arda Turana TƏKLİF

Məşhur klubundan Arda Turana TƏKLİF
Arda Turana "Liverpul"un maraq dairəsinə düşüb. Fanat.Az xəbər verir ki, bu barədə "Echo" qəzetinin yazarı Kristian Valş yazıb.
ESPN-in keçmiş Liverpul müxbiri olan həmkarımız iddia edir ki, yanvar ayında yarımmüdafiənin cinahlarını gücləndirmək niyyətində olan Yurgen Kloppun hədəfindəki əsas futbolçu Arda Turandı. 
Qeyd edək ki, "Barselona" Ardanı "Atletiko"dan 34 milyon avroya alıb. "Transfermarkt" hazırda ona 28 milyon avro qiymət qoyub. Cari mövsümdə "Barselona"nın heyətində 12 oyuna çıxan futbolçu 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər