Məşhur İtaliya klubu azərbaycanlı qapıçını transfer etmək istəyir

Məşhur İtaliya klubu azərbaycanlı qapıçını transfer etmək istəyir
Azərbaycanlı qapıçı Emil Balayev İtaliya A Seriyası təmsilçisi "Udineze”də çıxış edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı mlumat yayıb
İddialara görə, klubun "sükanı arxası”na keçməsi gözlənilən Çezare Prandelli Balayevin transferinə müsbət yanaşır.
"Qalatasaray”ın sabiq baş məşqçisi olan Prandelli millimizin üzvünü vaxtilə Almaniyanın "Ayntraxt” klubundakı çıxışından tanıyır.
Balayev vaxtilə Türkiyə nəhənglərinin də diqqət mərkəzində olmuşdu. Lakin o, 2015-ci ildə məhz Frankfurt klubundan aldığı təklifi müsbət qəbul edərək, Almaniyaya üz tutmuş və 2 il orada çıxış etmişdi.
Qeyd edək ki, Balayev hazırda Azərbaycan Premyer Liqasında mübarizə aparan "Səbail”də forma geyinir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər