Məşhur gürcü “Neftçi”ya baş məşqçi gətirilir

Məşhur gürcü “Neftçi”ya baş məşqçi gətirilir
Dünən baş tutan 17 yaşlı futbolçular arasında Avropa çempionatının final matçının izləyiciləri arasında keçmiş gürcü futbolçu Şota Arveladze də var idi. Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra müsahibə verən Şota Bakıya AFFA rəhbərliyinin dəvəti ilə gəldiyini bildirmişdi.
 
Apasport.az-ın əldə etdiyi məlumata görə, “Ayaks” və “Tarbzonspor”un keçmiş hücumçusunun ölkəmizə gəliş səbəbi heç də Avropa çempionatı ilə bağlı deyil. Belə ki, gürcü mütəxəssis “Neftçi” ilə danışıq aparmaq üçün Bakıya təşrif buyurub.
 
Türkiyədə “Kayserispor”, “Kasımpaşa” və “Trabzonspor” kimi komandalarda baş məşqçi kimi çalışmış Arveladze artıq “ağ-qaralar”la ilkin danışıqlar aparıb. Məlumata görə, tərəflər arasında maddi məsələlərdə kiçik anlaşmazlıqlar yaranıb ki, əgər bunlar həll olunarsa, böyük ehtimalla bu təyinat reallaşacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər