"Matç TV: "Neftçi"nin Rusiyada növbəti sınağı 

"Matç TV: "Neftçi"nin Rusiyada növbəti sınağı 

Rusiyada keçirilən "Matç TV" turnirində iştirak edən "Neftçi" bu gün Sankt Peterburqda növbəti matçına çıxacaq.

Fanat.Az xəbər verir ki, "ağ-qaralar" Serbiya klubu "Srvena Zvezda" ilə üz-üzə gələcək.

Oyun  "Smena" stadionunda baş tutacaq və saat 20:30-da başlayacaq. Serbiya təmsilçisi ilə oyun "Matç TV" kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, "Neftçi"nin turnirdəki sın rəqibi Türkiyənin "Fənərbaxça" klubu olacaq. Azərbaycan təmsilçisi İstanbul nəhəngi ilə iyulun 15-də  ("Smena" stadionu, saat 15:00) qarşılaşacaq. "Ağ-qaralar" Sankt Peterburqa keçirdiyi ilk oyununda "Zenit"ə 1:3 hesabı ilə uduzub.

Xatırladaq ki, Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Neftçi" qitəmiqyaslı yarışın II təsnifat mərhələsində "Jelezniçar" (Bosniya və Herseqovina) - "Dinamo Minsk" (Belarus) cütünün qalibi ilə qarşılaşacaq. "Ağ-qaralar" ilk sınağına iyulun 27-də səfərdə çıxacaq, cavab matçı isə avqustun 3-də Bakıda olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər