"Matç TV": Mutu "Neftçi"də debüt matçına çıxır

"Matç TV": Mutu "Neftçi"də debüt matçına çıxır

Rusiyada keçirilən "Matç TV" turnirində iştirak edən "Neftçi" bu gün Sankt Peterburqda növbəti matçına çıxacaq.

Fanat.Az xəbər verir ki, "ağ-qaralar" Türkiyə klubu "Fənərbaxça" ilə üz-üzə gələcək.

Oyun  "Smena" stadionunda baş tutacaq və saat 15:00-da başlayacaq. Bu, komandaya dünən qoşulan "Neftçi"nin yeni baş məşqçi Adrian Mutunun bakılıların sükanı arxasında debüt oyunu olacaq. 

Qeyd edək ki, Azərbaycan təmsilçisi Sankt Peterburqa keçirdiyi ioyunlarda "Zenit"ə 1:3, "Srvena Zvezda"ya 0:4 hesabı ilə uduzub.

Turnir başa çatandan sonra "Neftçi" Rusiyanın paytaxtına yollanaraq Moskva "Spartak"ı ilə yoldaşlıq matçında qüvvəsini sınayacaq. İyulun 18-də "Otkrıtiye Bank Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək və "Neftçi TV" vasitəsilə canlı yayımlanacaq. Komanda iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” II təsnifat mərhələsində "Jelezniçar" (Bosniya və Herseqovina) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də "Bakcell Arena"da keçiriləcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər