Mahir Şükürov "Neftçi"də oynayacaq? - AÇIQLAMA

Mahir Şükürov "Neftçi"də oynayacaq? - AÇIQLAMA

Uzun müddət yaşıl meydanlardan kənarda qalan Mahir Şükürov yenidən "Neftçi"nin məşqlərinə qatılıb. Fanat.Az xəbər verir ki, 33 yaşlı müdafiəçi "ağ-qaralar"ın heyətində məşq edir. 

Bununla da o, yenidən formasını bərpa etməyə, "Neftçi"nin heyətində oynamağa hazırlaşır. Amma müdafiəçinin bu istəyinin reallaşacağı dəqiq deyil.

Məsələylə bağlı "Futbol+"ə danışan "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovun sözlərindən bunu başa düşmək çətin deyil: "Mahir formasını bərpa etmək istədiyini bildirmiş, bunun üçün məşqlərə qatılmağı arzuladığını öz müraciətində vurğulamışdı. Müdafiəçi bir vaxtlar həm "Neftçi"nin, həm də millimizin əsas üzvlərindən olub. Bu səbəbdən də onun müraciətinə müsbət cavab verilib. Şərait yaratmışıq ki, formasını bərpa etsin, məşqlərə qatılsın. Bu isə Mahir "Neftçi"nin futbolçusudu anlamına gəlmir. Gələcəkdə necə olacağını zaman göstərəcək".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər