Luçesku "Neftçi"ni uddu - FOTOLAR

Luçesku "Neftçi"ni uddu - FOTOLAR

“Neftçi”nin Avstriyadakı hazırlıqları bu gün başa çatacaq. Fanat.az xəbər verir ki, “ağ-qaralar” hazırlığın son günündə Donetsk “Şaxtyor”u ilə yoxlama oyunu keçirib.

 

Bu görüş “flaqman”ın hazırlıq müddətində 3-cü yoxlama oyunu olub. Samir Əliyevin yetirmələri digər iki oyunda olduğu kimi bu dəfə də qarşılaşmadan məğlub ayrılıb.

 

1:0 hesabı ilə qalib gələn donetsklilərin qoluna matçın 81-ci dəqiqəsində Sergey Bolbat imza atıb.

 

Qeyd edək ki, "Neftçi" bundan əvvəl Macarıstanın MTK klubuna 0:3, Albaniyanın "Kukesi" klubuna isə 0:2 hesabı ilə uduzub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər