"Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik" - Mahir Emreli

"Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik" - Mahir Emreli

Mahir Emreli Litvaya yaxşı nəticə qazanmaq üçün gəldiyini deyib. Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu bunu mətbuat konfransında deyib. O, Millətlər Liqasına qələbə ilə başlamağın vacibliyini bildirib: "Yaxşı hazırlaşmışıq. Çətin rəqiblə oyuna çıxacağımızı bilirik. Məqsədimiz müsbət nəticə qazanmaq olacaq. Bunun üçün əlimizdən gələni edəcəyik. Özümü yaxşı hiss edirəm. Sabah komandama kömək etməyə hazıram". Qeyd edək ki, Litva - Azərbaycan oyunu sentyabrın 27-də, Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərində baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər