Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik. Fanat.Az xəbər verir ki, bunu Litva seçməsinin baş məşqçisi Edqaras Yankauskas yığmamıza qarşı matçdan sonra mətbuat konfransında deyib. Mütəxəssis Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Azərbaycana qarşı keçirdikləri qarşılaşmanı (1:1) dəyərləndirib: "Stadionda yaxşı atmosfer var idi. Azarkeşlərimizə təşəkkür edirəm. Onları qələbə ilə sevindirmək istəyirdik. Təəssüf ki, istədiklərinizi meydanda tam icra edə bilmədik. Əlverişli epizodları dəyərləndirə bilmədik. Amma uduzmamaq da önəmlidir. Qrup liderliyi uğrunda mübarizə aparırıq. Bu baxımdan Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür. Səfər görüşündən əlverişli nəticə ilə ayrılmağa çalışacağıq". Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu oktyabrın 1-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteynə qarşı keçirəcək.
Edqaras Yankauskas: "Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik"
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Milli
17:22
01.10.2026
Millimiz darmadağına uğradı
Milli
12:25
29.09.2026
U-19 Avropa çempionatına əsas mərhələdən başlayacaq
Milli
20:37
27.09.2026
Edqaras Yankauskas: "Təəssüf ki, Azərbaycan millisinə qalib gələ bilmədik"
Milli
19:09
26.09.2026
"Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik" - Mahir Emreli