U-19 Avropa çempionatına əsas mərhələdən başlayacaq

U-19 Avropa çempionatına əsas mərhələdən başlayacaq

Final mərhələsi 2027-ci ildə Qazaxıstanda keçiriləcək 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında Avropa çempionatının səbətləri müəyyənləşib. Fanat.Az xəbər verir ki, qitə yarışının püşatma mərasimi oktyabrın 2-də, saat 16:30-da keçiriləcək. Bu dəfə təşkilatçı ölkə də daxil olmaqla mübarizəyə 38 komanda qoşulacaq. Onlardan Qazaxıstan yığması final mərhələsində iş başında olacaq. Qalan 37 komandadan ən aşağı reytinqə malik 12-si ilkin mərhələdə gücünü sınayacaq. Komanda hər birində 4 iştirakçı olmaqla 3 qrupa səpələnəcəklər. Oyunlar gələn il yanvarın 19-dan 24-dək keçiriləcək. Ancaq qrup qalibi olan 3 komanda əsas mərhələyə vəsiqə qazanacaq və digər 25 komandaya qoşulacaq. Hazırda reytinq cədvəlinin 24-cü pilləsində qərarlaşan Azərbaycanın U-19 millisi mübarizəyə əsas mərhələdən başlayacaq. Bu mərhələnin oyunları gələn il martın 30-dan aprelin 4-dək keçiriləcək. 28 komanda hər birində 4 milli olmaqla 7 qrupa bölünəcək. Hər qrupun oyunu mini-turnir şəklində bir ölkədə keçiriləcək və yalnız 1-ci pilləni tutacaq komandalar final mərhələsində oynamaq hüququ qazanacaq. Mini-turnirlərə evsahibliyi edəcək 7 ölkə məlumdur. Bunlar Portuqaliya, Sloveniya, İtaliya, Xorvatiya, Türkiyə, Moldova və Rumıniyadır. Futzalçılarımız püşkdən sonra yer alacağı qrupun 4-cü komandası olacağına görə, Rumıniya və Moldova ilə qarşılaşmayacaq. Avropa çempionatının final mərhələsi gələn il sentyabrın 26-dan oktyabrın 3-dək Astana şəhərindəki “Jekpe-Jek Hall”da keçiriləcək. Əsas mərhələnin qrup qalibi olacaq 7 komandaya Qazaxıstanın da müvafiq yaş qrupuna aid millisi qoşulacaq. 1-ci səbət (ev sahibi) Portuqaliya (qrupunun 1-cisi) Sloveniya (qrupunun 1-cisi) İtaliya (qrupunun 1-cisi) Xorvatiya (qrupunun 2-cisi) Türkiyə (qrupunun 2-cisi) Moldova (qrupunun 4-cüsü) Rumıniya (qrupunun 4-cüsü) 2-ci səbət (qrupunun 1-cisi) İspaniya Ukrayna Fransa Çexiya 3-cü səbət (qrupunun 2-cisi) Macarıstan Polşa Belçika Serbiya Bosniya və Herseqovina 4-cü səbət (qrupunun 3-cüsü) Finlandiya Latviya Belarus Yunanıstan Niderland Slovakiya İngiltərə 5-ci səbət (qrupunun 4-cüsü) AZƏRBAYCAN Monteneqro İlkin mərhələ, A qrupunun qalibi İlkin mərhələ, B qrupunun qalibi İlkin mərhələ, C qrupunun qalibi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər