Litva Belarusla oyundan imtina etdi

Litva Belarusla oyundan imtina etdi

Litvanın qadınlardan ibarət milli komandası 2025-ci il Avropa çempionatının seçmə turnirində Belarus yığması ilə oynamaqdan imtina edib.

Fanat.Az xəbər verir ki, bu barədə Litva Futbol Federasiyasının prezidenti Edqaras Stankeviçyus açıqlama ilə çıxış edib. 

LRT futbol funksionerinin dediklərini belə çatdırıb: 

“İdman komponentindən danışsaq, püşkatma kifayət qədər əlverişlidir. Qrupdakı rəqiblərimizin hamısını (Belarus, Kipr və Gürcüstan) məğlub etmək olar, lakin biz Belarusla oynamağı planlaşdırmırıq. Ümid edirəm ki, sanksiyalar 0:3 hesablı texniki məğlubiyyətlə məhdudlaşacaq və qızlarımız seçimdə iştirakını davam etdirəcəklər. Onlar qrupda ikinci yer və növbəti mərhələyə vəsiqə uğrunda mübarizə apara bilirlər. Mənim üçün ən əsası diskvalifikasiya olmamağımızdır. Bu, ən ağrılı variant olardı”.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər