Fransa Liqa 1-də XXVIII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, ötən gün 6 matç baş tutub.
Lider PSJ "Bastiya"nı darmadağın edib - 3:0. Ezekuiel Lavezzinin dubl etdiyi oyunda Zlatan İbrahimoviç bir qol vurub.
İkinci pillədə qərarlaşmış "Monako" evdə "Soşo"nu üstələyib - 2:1. Knyazlıq klubunun heyətində Dimitar Berbatov və Ceyms Rodriges fərqlənib.
"Tuluza" evdə "Reyms"i 3:2, "Valensyenn" "Renn"i 2:1, "Evyan" səfərdə "Genqam"ı 1:0 hesabı ilə yenib. "Nant" - "Ayaçço" matçında isə qalib müəyyənləşməyib - 2:2.
Fanat.az